AKP-nin “bir səs fərqi ilə qələbə”si yalan çıxdı
Bizi izləyin

Dünya

AKP-nin “bir səs fərqi ilə qələbə”si yalan çıxdı

AKP-nin “bir səs fərqi ilə qələbə”si yalan çıxdı

Ədalət və İnkişaf Partiyası (AKP) ilə Cümhuriyyət Xalq Partiyasının (CXP) etirazlarından sonra Yalovada 124 seçki qutusundakı səslər yenidən sayılıb.

Publika.Az – ın verdiyi xəbərə görə, daha əvvəl 1 səs fərqi ilə AKP-nin qazandığı bildirilən bələdiyyə başçılığını bu dəfə 5 səs fərqi ilə CXP qazanıb.

Amma qeyd edək ki, bu rəsmi olmayan nəticələrdir. 150 minə yaxın seçicisi olan Yalova şəhərində AKP-nin namizədinin CXP-dən olan namizədi cəmi 1 səs fərqi ilə üstələdiyi açıqlanmışdı. CXP isə 152 səsinin saylmadığını bəyan etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm