Davudoğlu: "Qapımız Suriyalı ermənilərə açıqdır"
Bizi izləyin

Dünya

Davudoğlu: "Qapımız Suriyalı ermənilərə açıqdır"

Türkiyənin Xarici işlər naziri Əhməd Davudoğlu, Suriyada iki atəş arasında qalan ermənilərin Türkiyəyə gələ biləcəyini söyləyib.

Xarici işlər naziri Əhməd Davudoğlu, Suriyanın Keseb qəsəbəsində, muxaliflərlə Əsəd rejimi əsgərləri arasında qalan ermənilərə Türkiyənin qapısının açıq olduğunu bildirib.

Suriyalı ermənilərin Türkiyəyə gələ bilmələri üçün, Davudoğlu, "Onların təhlükəsizliyi və dincliyi üçün hər cür köməyi etməyə hazırıq" deyib.

Twitter və YouTube mövzusunun milli təhlükəsizliklə əlaqədar olduğunu ifadə edən Davudoğlu, "Dünyanın hər yerində hər ölkə bu mövzuda tədbir görə bilər, vətəndaşlarının haqqını qoruyar" - deyə, bildirib.


Persona.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm