
“On gün içində “Zaman” qəzetindən qopmalar başlayacaq. Onlar çox
önəmli şəxslər olacaq. Çünki onlar bu müddətdə Türkiyənin gündəmini
yaxından izləyir və özlərinin istifadə edildiyini düşünürlər”.
Publika.Az türk mediasına istinadən xəbər verir ki, bu barədə tanınmış türkiyəli jurnalist Nagehan Alçı belə bir iddia ilə çıxış edib.
“İndi onların narahat olacaqlarını və yava-yavaş aşkara
çıxacaqlarını görəcəyik. Amma bəziləri seçki öncəsi israrla “AKP 35
faiz səs alacaq” deyirdi. Mənim üçün maraqlıdır, onlar bu gün üzr
istəyəcəklərmi, “siyasi analiz işində zəifik” deyəcəklərmi? Yaxud
da “gördüklərimizi demədik, çünki Türkiyəni başqa istiqamətə
yönəltməyə çalışdıq” deyə günahlarını etiraf edəcəklərmi? Hamımız
nə olacağını görəcəyik”-deyə jurnalist bildirib.
Asif