Diktator 200 məmuru edam etdirəcək
Bizi izləyin

Dünya

Diktator 200 məmuru edam etdirəcək

Şimali Koreya ötən ilin sonunda ali lider Kim Çen Inın əmri ilə öldürülən “boz kardinal” ləqəbli Çan Son Txekə sadiq olan 200 yüksək çinli məmuru edam edəcək.



Bu barədə Cənubi Koreyanın “Çosun İlbo” agentliyi adının çəkilməsini istəməyən mənbəyə istinadən məlumat yayıb.



Bundan başqa, 1000 nəfərə yaxın ailə həbs düşərgələrinə göndəriləcək.



Mənbənin sözlərinə görə, Dövlət Təhlükəsizlik Departamenti Ali Məhkəmədən həmin şəxslər barəsində ölüm hökmü verməsilə bağlı razılıq alıb.



Edam Kan Kon hərbi akademiyasının poliqonunda partiya üzvləri, ölkə və ordu rəhbərliyinin gözləri qarşısında həyata keçiriləcək./“Axar.az”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm