Türkiyənin 7 şəhərində bələdiyyə seçkilərinin nəticələri ləğv ediləcək
Bizi izləyin

Dünya

Türkiyənin 7 şəhərində bələdiyyə seçkilərinin nəticələri ləğv ediləcək

Türkiyənin İstanbul, Ankara, Adana, İzmir, Şanlıurfa, Van və Kütahya şəhərlərində bələdiyyə seçkilərinin nəticələrinin ləğv ediləcəyi gözlənilir.



Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bu, hakim və müxalif partiyaların həmin şəhərlərdə səsləri yenidən hesablamaq tələbi ilə müraciət etmələri ilə əlaqədardır.



Qeyd edək ki, bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyası (AKP) İstanbul, Ankara, Şanlıurfa və Kütahyada, Milliyyətçi Hərəkat Partiyası (MHP) Adanada, Sülh və Demokrat Partiyası (BDP) Vanda, Cümhuriyyət Xalq Partiyası (CHP) isə İzmirdə qalib gəlib.



Seçkilərdə ümumilikdə 45,6 faiz səslə AKP qalib gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm