Səddama çatmağa az qalıb
Bizi izləyin

Dünya

Səddama çatmağa az qalıb

Misirdə hərbi çevrilişin memarı Əbdülfəttah Əl-Sisi xalqın etibarını qazanmaq üçün keçirdiyi konstitusiya referendumundan rekord “bəli” səsi çıxdı

Misirdə keçən ildə həyata keçirilən hərbi çevrilişin memarı Əbdülfəttah Əl-Sisi üçün xalqın etibarını qazanmaq baxımından bötük əhəmiyyət daşıyan konstitusiya referendumundan rekord “bəli” səsi çıxdı: 98,34 faiz.

Publika.Az –ın xarici məlumatına görə, Müsəlman Qardaşların boykot etdiyi iki günlük referendumun ilkin nəticələri açıqlanıb.

Xalqın 98,4 faizi konstitusiyaya “bəli” dediyi halda, 1,66 faizi “Xeyr” deyib. Yüksək Seçki Qurumu rəsmi nəticələri ən keç sabah açıqlayacaq.

Səddam Hüseyn zirvədə

Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin 2012-ci ildə hazırladığı konstitusiya referendumunda 64 faiz dəstək qazanmışdı. Son illərdə qeydə alınan rekord səs faizləri ilə aşağıdakılardır:

2002-ci il, İraq prezident seçkiləri: Səddam Hüseyn - 100 faiz.

2009-cu il, Şimali Koreya parlament seçkiləri: Kim Yonq-İn – 99,9 faiz

2010-cu il, Efiopiya parlament seçkiləri: İqtidar partiyası EPRDF – 99,6 faiz.

1992-ci il, Türkmənistan prezident seçkisi: Saparmurat Niyazov – 99,5 faiz.

2008-ci il, Kuba parlament seçkiləri: Raul Kastro – 99,4 faiz

2007-ci il, Suriya prezidentlik referendumu: Bəşər Əsəd – 97,62 faiz.

1982-ci il, Türkiyə konstitusiya referendumu: “Bəli” – 91,37 faiz.

2005-ci il, Misir prezident seçkisi: Hüsnü Mübarək – 88,6 faiz.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm