“Seçkilər göstərdi ki, Fətullah Gülənin siyasi nüfuzu şişirdilib”
Bizi izləyin

Dünya

“Seçkilər göstərdi ki, Fətullah Gülənin siyasi nüfuzu şişirdilib”

“Seçkilər göstərdi ki, Fətullah Gülənin siyasi nüfuzu şişirdilib”

Türkiyədə keçirilən bələdiyyə seçkiləri hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qələbəsi ilə başa çatdı. Müxalifət seçkilərdən əvvəl “Ərdoğan dövrünün bitdiyi” yönündə mesajlar verməsinə baxmarayaq, 12 illik AKP iqtidarı dövründə növbəti dəfə məğlub oldu. Ancaq bir sıra təhlilçilər bu seçkilərdə yalnız müxalifətin deyil, həm də Gülən camaatının məğlub olduğunu bildirir.

Publika.Az – ın verdiyi xəbərə görə, Türkiyənin Karabük Univesitetindən doktor Ələsgər Ələsgərlinin “Amerikanın səsi” radiosuna seçkilərlə bağlı şərhi də bu istiqamətdədir.

Ə.Ələsgərlinin fikrincə, seçkilər Fətullah Gülənin siyasi nüfuzu şişirdildiyini göstərdi. “Türkiyədə keçirilən bələdiyyə seçkiləri gözləntilərdən xeyli fərqlənmədi. Səsvermənin nəticələri korrupsiya ittihamları ilə üzləşən hakim Ədalət və İnkişaf Partiyasının cəmiyyətdə hələ də güclü dayaqlara malik olduğunu ortaya qoydu”, - o, bildirib.

Ə.Ələsgərlinin sözlərinə görə, seçkilərin nəticələrində müəyyən dəyişikliklər olacağını ifadə edən fərqli fikirlər olsa da, Türkiyədə mövcud olan siyasi konyekturanın və qüvvələr balansının çox dəyişməyəcəyi Aydın idi. F.Gülən tərafdarlarının seçkilərin nəticələrinə təsir göstərib-göstərmədiyinə gəlincə, Ə.Ələsgərli Gülən tərəfdarlarının həm kadrlaşmada, həm də bir mərkəz ətrafında toplaşmaqda çətinlik çəkdiklərini dedi. O, habelə digər dini icmalarla Gülən davamçıları arasında iri məsafə olduğunu qeyd edib.

Seçkilərin nəticələrinin qarşıdan gələn prezident seçkilərinə necə istiqamət verəcəyini şərh edən ekspertin sözlərinə görə, nəticələri 2009-cu ilin bələdiyyə seçkiləri ilə deyil, 2011-ci ilin parlament seçkiləri ilə müqayisə etmək lazımdır:

“Çünki səsvermənin xarakteri və baş verən yeniliklər göstərir ki Ədalət və İnkişaf Partiyasının səslərində təxminən 6 faiz geriləmə müşahidə olunub. Ancaq səslərin azalmasına baxmayaraq, hakim partiyanın prezidentliyə irəli sürəcəyi namizədin qalib gəlmək ehtimali böyükdür”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm