Rusiya Federal Ukraynanı necə təsəvvür edir? - Plan
Bizi izləyin

Dünya

Rusiya Federal Ukraynanı necə təsəvvür edir? - Plan

Rusiya Federal Ukraynanı necə təsəvvür edir?

Ukraynanın federallaşması barədə Rusiyanın təkidləri Kiyevdə sərt reaksiya doğurub. Ukrayna bildirir ki, Moskva öncə öz problemlərini həll etməlidir.Lakin federal Ukrayna deyəndə Rusiya nəyi nəzərdə tutur?

Rusiya hesab edir ki, federal Ukrayna regionlarına yerli iqtisadiyyat, maliyyə və xarici əlaqələr sahəsində, habelə dil, din, təhsil və Rusiya da daxil olmaqla qonşu ölkələrlə mədəniyyət əlaqələri məsələlərində daha çox hakimiyyət verməlidir(BBC).

Rusiyanın xarici işlər naziri Sergey Lavrova əsasən belə regionlar azlıqların hüquqlarının təmin edilməsinə görə cavabdeh ola bilər.Qubernator təyin etməklə Kiyevin təsirini məhdudlaşdırmaq məqsədilə yerli qanunverici orqan və icra hakimiyyətinin səsvermə yolu ilə seçilməsi (hazırda olduğu kimi) nəzərdə tutulur.

Kiyev müdafiə, xarici siyasət və ədliyyə sistemi kimi dövlət əhəmiyyətli geniş funksiyalara malik olacaq. Başqa sözlə mərkəzi hökumətin rolu azalacaq.

İslahatın həyata keçirilməsi planı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dəfələrlə deyib ki, nə Rusiya, nə də kənar dövlətlər müdaxilə etmədən məsələni Ukrayna xalqının öhdəsinə buraxmalıdır.ABŞ hesab edir ki, aparıcı rola Kiyev hökuməti malik olmalıdır.

Lakin Moskvaya görə Kiyevdəki hökumət çevriliş nəticəsində hakimiyyətə gələn müvəqqəti iqtidar kimi bu məsələdə həlledici rol almamalıdır. Əvəzində Kiyevdəki hökumət bərabər səs və səlahiyyətə malik siyasi qüvvələri və bölgə təmsilçilərini dialoqa dəvət etməlidir.Bu o deməkdir ki, Kiyev öz planlarını yeritmək səlahiyyətinə sahib olmayacaq və mərkəzi hökumətin funksiyalarından məhrum edilməsini regionlar həll edəcək.

Regionlar ayrılmaq yolunu seçsələr?

Ukrayna xəritəsi

Ölkənin şərqindəki rusiyapərəst regionlardan bəziləri belə ehtimalı artıq dilə gətiriblər. Rusiya prezidenti Vladimir Putin onların Rusiya qatılmasının mümkün olduğuna eyham vurub.O, Ukraynanın şərqində və cənub-şərqindəki regionları tarixi Ukrayna torpaqları kimi səciyyələndirib və ərazilərin bolşeviklər tərəfindən Ukraynaya verilməsinin səhv olduğunu bildirib.

Moskva islahatlarda niyə təkidlidir?

Rusiya hesab edir ki, Ukrayna unitar dövlət kimi yaşaya bilməz. Onun müxtəlif regionlarının milli mənsubiyyətinin qorunmasını və maraq toqquşmasının qarşısının alınmasını federal quruluş təmin edə bilər.Moskva xüsusi olaraq xəbərdar edir ki, bu rusdilli azlığın hüquqlarının qorunmasının yeganə yoludur.

Lakin Kreml motivlərinə şübhə ilə yanaşanlar hesab edirlər ki, Rusiyanın real niyyəti Kiyevdəki hakimiyyəti zəiflətməkdən ibarətdir.

Rusiyadan ayrılmaq istəyən bölgələr hansılardır?

Rusiya diqqətini əsasən rusdilli əhaliyə malik və Viktor Yanukoviçə səs verən cənub və cənub-şərqdəki bölgələrə yönəldir. Bura Xarkov, Donetsk, Odessa və Luqansk kimi iri sənaye şəhərləri daxildir ki, rusiyapərəst qüvvələrin fəallığı ilə seçilir.Lakin hər hansı referendumun nəticələrini öncədən proqnoz etmək çətindir. Onun nəticələri şərait və təklif edilən suallara bağlıdır.

Kiyevin reaksiyası necə olub?

Ukrayna xəritələr

Kiyev bölgələrə daha geniş səlahiyyət verməyə hazır olduğunu bildirsə də federallaşma ideyasının qəti əleyhinədir.Ukraynanın Xarici İşlər Nazirliyi rədd etdiyi planın yalnız bir məqsədi olduğunu deyib: Ökəni parçalamaq və dövlətçiyi məhv etmək.

Ukraynanın xarici işlər naziri bildirib ki, rusdilli bölgələrdə sabitliyi pozmaqla Dnestryanı bölgəni Rusiya ilə birləşdirəcək dəhliz yaradılması kimi planlardan narahatdır.

Ukrayna və Rusiya federasiyasının müqayisəsi

Rusiya milli respublikalarının daxil olduğu 80 subyektdən ibarət federasiyadır. Onların müxtəlif statusu və səlahiyyətləri hökumətdə olanlardan asılıdır.2000-ci ildə hakimiyyətə gələn Putin mərkəzdən qaçan qüvvələrin qarşısını almaq və hökuməti gücləndirmək məqsədilə regionlar üzərində nəzarəti gücləndirib.

2004-cü ildə o, yerli qubernatorlar seçkilərini ləğv edib. Bundan 8 il keçmiş prezident Medvedev seçkiləri bərpa etsə də, qubernatorluğa namizədlər prezident tərəfindən təsdiqlənir.Məsələnin maraqlı tərəfi budur ki, Rusiyada mərkəzləşməni gücləndirən Putin Ukrayna üçün tam əksini istəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm