İranda bəhai bacılar tutulub
Bizi izləyin

Dünya

İranda bəhai bacılar tutulub

İranda bəhai dininə mənsub bacılar Nəva Xülusi və Nika Xülusinin tutulduğu bilinib.

İranda bəhai dininə mənsub bacılar Nəva Xülusi və Nika Xülusinin tutulduğu bilinib.

“Media forum” saytının məlumatına görə, ETTELAAT-ın Məşhəd şöbəsinin əməkdaşları martın 30-da Nəva Xülusini evində tutub aparıblar. Evdə yoxlama aparılıb, bəhai dini ilə bağlı kitablar və bir sıra digər şəxsi əşyalar götürülüb.

ETTELAAT əməkdaşları həmin gün valideynləri ilə səfərdə olan bacısı Nika Xülusini Ramsər şəhərində tutub bilinməz istiqamətə aparıblar.

Bundan əvvəl Məşhəd məhkəməsi hər iki bacını bəhai dininə mənsub olmaqda və sistemə qarşı təbliğat aparmaqda günahlandıraraq onları həbsə (Nika Xülusini 6 il, Nəva Xülusi 4 il yarım) məhkum etsə də, onlar mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılmışdılar.

İran Konstitusiyası bəhai dinini bir din kimi tanımır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm