Dəhşət! 5 yaşlı uşağı valideynləri ac saxladı (FOTO)
Bizi izləyin

Dünya

Dəhşət! 5 yaşlı uşağı valideynləri ac saxladı (FOTO)

Dəhşət! 5 yaşlı uşağı valideynləri ac saxladı (FOTO)

ABŞ-da yaşanan hadisə hamını heyrətə gətirib.

ANS PRESS-in xəbərinə görə, ABŞ-da 5 yaşlı bir uşağın öz ana-atası tərəfindən pilləkənin altındakı bir şkafa həbs edildiyi və ac saxlanıldığı ortaya çıxıb.

Hadisə ABŞ-ın Texas ştatında baş verib. Polislər uşağı zəif və əldən düşmüş halda evin içindəki pilləkənin altındakı boşluqda yaradılmış kiçik şkafda tapıblar. Daha sonra uşağı xəstəxanaya müalicəyə aparıblar.


Uşağın 24 yaşlı atası Bredli Bleymeyer və 33 yaşlı ögey anası Tammi Bleymeyer tərəfindən uzun müddət şkafda saxlanıldığı, işgəncə verildiyi və ac saxlanıldığı məlum olub. Qorxunc hadisə uşağın atası və ögey olan böyük qardaşının mübahisə etməsindən sonra ortaya çıxıb. Qardaşının orada saxlanılmasına qarşı çıxan gənc oğlan atası ilə mübahsə etdikdən sonra polisə məlumat verib.


Polis uşağı görəndə dəhşətə gəlib. Belə ki, uşağın aclıqdan və zəiflikdən sümükləri üzə çıxıb, bədəninin çox yerində çürümə əmələ gəlib.

Kiçik uşağın atası və ögey anası polis tərəfindən saxlanılıb. Qəddar ata həbs edilib, ögey ana Tammi Bleymeyer isə 2 min dollar pul cəzası ilə azadlığa buraxılıb.





Oxumağa davam et
Reklam
Reklam

Gündəm