Gürcüstan sərhədindən 700 min Azərbaycan vətəndaşı keçib
Bizi izləyin

Dünya

Gürcüstan sərhədindən 700 min Azərbaycan vətəndaşı keçib

2016-cı ilin yanvar-mart aylarında Gürcüstan sərhədini 3 milyondan çox xarici vətəndaş keçib.

Gürcüstan DİN Statistika Departamentindən APA-nın Gürcüstan bürosuna verilən məlumata görə, üç ay ərzində ölkə sərhədini 1,3 milyon nəfər Gürcüstan vətəndaşı keçib və digər 2 milyon 29 min isə xarici vətəndaşlar olub.

Məlumatda bildirilib ki, qeyd edilən müddət ərzində 707.800 nəfər Azərbaycan vətəndaşı Gürcüstan sərhədini keçib.

Gürcüstan DİN-nin məlumatına görə, 3 ay ərzində 549,3 min Türkiyə, 466,1 min Ermənistan, 295, 9 min Rusiya, 57,3 min Ukrayna, 31,8 min İran və 12,7 min Qazaxıstan vətəndaşları Gürcüstan sərhədini keçiblər.

Məlumatda qeyd olunub ki, əsasən Azərbaycan tərəfdən Gürcüstana minik, Türkiyə tərəfdən isə yük maşınları və avtobuslar keçib.

Eyni dövrdə, Gürcüstana 485,1 min minik, 82,500 avtobus və 120,000 yük maşınları sərhədi keçib.

Bu müddət ərzində Gürcüstan sərhədini 131 sərnişin və 966 yük qatarı keçib.

Bu ilin üç ayı ərzində Gürcüstanın dəniz sərhədini 1.3 min dəfə 41 ölkənin bayrağı altında üzən gəmilər keçib. Bu rəqəmdə Türkiyə (668 dəfə) çoxluq təşkil edib. Rusiya (88 dəfə), Malta (87 dəfə) və Panama (71 dəfə) Gürcüstanın dəniz yolu ilə dövlət sərhədini keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm