Texasda 5 nəfəri sel aparıb
Bizi izləyin

Dünya

Texasda 5 nəfəri sel aparıb

Amerikanın Texas ştatında baş verən leysan yağışları və daşqınlar nəticəsində 4-ü uşaq olmaqla ən azı 5 nəfər həyatını itirib. Bu barədə yerli polisin nümayəndəsi Ceyms Muniz bildirib.

Fəlakət Texas ştatının Dallas şəhərindən 160 kilometr məsafədə yerləşən Fələstin şəhərində yaşanıb. Yaşlı qadın və onun 6-9 yaş arasında olan 4 nəvəsi daşqın nəticəsində həlak olub.

ABŞ-ın meteoroloji xidməti ölkənin mərkəzi rayonlarının əhalisini əlverişsiz hava şəraitinin ən azı aprelin 30-u axşam saatlarına qədər davam edəcəyi barədə xəbərdarlıq edib.

Xatırladaq ki, bir müddət əvvəl Texasda baş verən leysan yağışları və daşqınlar 6 nəfərin həyatına son qoymuş, minə qədər ev isə su altında qalmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm