Türkmənlərin yaşadığı qəsəbə İŞİD-dən alındı
Bizi izləyin

Dünya

Türkmənlərin yaşadığı qəsəbə İŞİD-dən alındı

İraqda türkmənlərin yaşadığı Əl-Bəşir qəsəbəsi İŞİD-dən azad edilib.

Publika.az APA-ya istinadən xəbər verir ki, şiə könüllülər, türkmən bölükləri və kürd peşmərgələr Kərkükün cənubunda yerləşən Əl-Bəşir qəsəbəsini İŞİD-dən azad edib.

Əməliyyat zamanı ən azı 60 terrorçu öldürülüb. İŞİD məhz bu qəsəbədən qonşuluqda yerləşən Taz şəhərinə zəhərli mərmi başlıqları ilə zərbələr endirib. Nəticədə yüzlərlə insan xəsarət alıb, 3 uşaq həyatını itirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm