2 minalanmış avtomobil partladıldı - 33 ölü
Bizi izləyin

Dünya

2 minalanmış avtomobil partladıldı - 33 ölü

Bu gün İraqın cənubunda yerləşən Əs-Səməva şəhərində baş verən iki partlayış nəticəsində ən azı 33 nəfər həyatını itirib.

Publika.az xəbər verir ki, bu barədə "Franc Press" məlumat yayıb.

Məlumata görə, şəhərdə iki minalanmış avtomobil partladılıb. Onlardan biri bələdiyyə şurası binasının qarşısında, digəri isə avtobus dayanacağı yaxınlığında dayanmış olub.

Hələ ki, heç bir terror təşkilatı partlayışlara görə məsuliyyəti öz üzərinə götürməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm