Bələdiyyə sədri qətl törədib - Şok
Bizi izləyin

Dünya

Bələdiyyə sədri qətl törədib - Şok

Türkiyədə qətldə şübhəli bilinən bələdiyyə başçısı saxlanılıb

Türkiyədə Siirt vilayətinin bələdiyyə sədri Mehmet Məsud Səadət Partiyasının namizədi Bəhmən Aydının ölümündə şübhəli bilinərək saxlanılıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "JazeeraTurk" telekanalı xəbər yayıb.Məsudla yanaşı, daha dörd nəfər də saxlanılıb.

Qeyd edək ki, M.Məsud bələdiyyə seçkilərində hakim partiyadan namizəd idi.

Türkiyədə martın 30-da keçirilən bələdiyyə seçkilərində Səadət Partiyasından namizədliyini irəli sürən Bəhmən Aydın martın 31-də Siirt vilayətində naməlum silahlılar tərəfindən qətlə yetirilib. Daha beş nəfər isə silahlıların atəş açması nəticəsində yaralanıb.

Səadət Partiyası müxalifətyönlü islamçı partiyadır. Bələdiyyə seçkilərində bu partiya bir faizdən az səs toplayıb.

Qeyd edək ki, martın 30-da Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Seçkilərdə 45,6 faiz səslə hakim Ədalət və İnkişaf Partiyası qalib gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm