Şirniyyatdan zəhərlənərək ölənlərin sayı 33 nəfərə çatıb
Bizi izləyin

Dünya

Şirniyyatdan zəhərlənərək ölənlərin sayı 33 nəfərə çatıb

Pakistanın Pəncab əyaləti polisinin yaydığı məlumata görə, bir həftə əvvəl polis əməkdaşı Munir Əhmədin ailə şənliyində qənnadı məmulatlarından zəhərlənərək həlak olanların sayı 33 nəfərə çatıb.

Zəhərlənənlərdən 12 nəfər hələ də xəstəxanadadır, onların vəziyyətinin orta-ağır olduğu bildirulir.

Bir həftə əvvəl 23 nəfərin həlak olduğu, 52 adamın xəstəxanaya yerləşdiyi bildirilmişdi. Qənnadı məmulatlarında zəhərli pestisidlərin olduğu aşkar edilib.

Polis qənnadı məmulatları satan mağazanın iki işçisini və istehsalçı şirkətin bir nümayəndəsini həbs edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm