Stoltenberq: “NATO nüvə ittifaqı olaraq qalacaq”
Bizi izləyin

Dünya

Stoltenberq: “NATO nüvə ittifaqı olaraq qalacaq”

“NATO Rusiya ilə yeni silahlanma yarışına başlamaq niyyətində deyil və yeni “soyuq müharibə”də iştirak etmək istəmir”.

Publika.az xəbər verir ki, bu sözləri “Die Welt” nəşrinə müsahibəsində NATO hərbi alyansının baş katibi Yens Stoltenberq deyib.

“Biz Rusiya ilə qarşıdurma axtarmırıq. Biz “soyuq müharibə”ni istəmirik. Biz qızğın silahlanmanı istəmirik”, - Stoltenberq bildirib.

Baş katibin sözlərinə görə, ittifaqın Şərqi Avropada güclənməsi Rusiya ilə qarşıdurmaya daxil olmaq arzusu ilə bağlı deyil, Krımın zəbt edilməsi və Ukraynanın şərqindəki müharibədə iştirakına reaksiyadır. O, həmçinin qeyd edib ki, NATO nüvə silahından imtina etməyəcək: “Biz nüvə silahının tətbiqindən uzağıq. Amma hələ ki dünyada nüvə silahı mövcuddur və NATO nüvə ittifaqı olaraq qalacaq”.

2015-ci ilin fevralında Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşün gedişatında Stoltenberq əmin edib ki, ittifaqın genişlənmə üzrə son addımları müdafiə xarakterlidir. Moskva isə hesab edir ki, NATO əlavə gərginlik yaradır, qarşıdurmanı təhrik edir və avroatlantik məkanda təhlükəsizlik sistemini dağıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm