ABŞ üç türkün başına 3 milyon dollar mükafat qoydu
Bizi izləyin

Dünya

ABŞ üç türkün başına 3 milyon dollar mükafat qoydu

ABŞ terror təşkilatının üç üzvünün başına mükafat qoydu

ABŞ Xarici İşlər Nazirliyi terror təşkilatı İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsinin (DHKP-C) üç məşhur adamının başına mükafat qoyub.

Publika.Az – xarici mətbuata istinadən verdiyi məlumata görə, Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada DHKP-C-nin rəhbərlik heyətində yer alan Musa Asoğlu, Zerrin Sarı ve Seher Demir Şenin tutulması üçün informasiya verənlərin 3 milyon dollar mükafat alacağı bildirilib.

DHKP-C-nin 1994-cü ildə İnqilabçı Sol təşkilatından ayrılaraq qurulduğu qeyd olunan açıqlamada 1990-cı illərdən etibarən ABŞ-ın hərbi-diplomatik heyəti də daxil olmaqla ABŞ-ın maraqları, NATO heyəti və obyektləri, həmçinin Türkiyənin hədəf alındığı ifadə olunub.

Açıqlamada ABŞ Xarici İşlər Nazirliyinin 8 Oktyabr 1997-ci il qərarı ilə DHKP-C-nin terror təşkilatları siyahısına daxil edilyi, 2013-cü ilin fevral ayında terror təşkilatının bir üzvünün ABŞ Türkiyə səfirliyinə hücum etdiyi və bir türk təhlükəsizlik işçisinin öldürüldüyü xatırlanıb.

Açıqlamada həmçinin başına mükafat qoyulan şəxslərin son olaraq göründüyü yerlər də daxil olmaqla bəzi məlumatlar paylaşılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm