“Allahın əsgərləri”: İŞİD-in həyatı gizli kamera ilə çəkildi
Bizi izləyin

Dünya

“Allahın əsgərləri”: İŞİD-in həyatı gizli kamera ilə çəkildi

Səid Ramzi təxəllüsündən istifadə edən fransalı jurnalist üç ay ərzində İŞİD-in Fransadakı tərəfdarlarının həyatını çəkib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, jurnalist “Allahın əsgərləri” sənədli filmi üçün materiallar toplayıb.

“Mənim hədəfim o idi ki, onların beynində nə baş verdiyini anlayım. Əsas dərslərdən biri o oldu ki, onların hərəkətlərində heç vaxt islam əlamətləri müşahidə olunmurdu. Dünyanı yaxşılaşdırmaq arzuları yox idi”, - Ramzi qeyd edib.

Ramzi bildirib ki, cihadçılarla sosial şəbəkə vasitəsilə əlaqəyə girmək çox asan olub. Fransalı jurnalist üç ay müddətində İŞİD-çilərin arasında yaşayıb. Bir dəfə qadın ona təlimatların olduğu məktubu verib. Məktubda gecə klubuna hücumun planı əksini tapıbmış.

Lakin planı həyata keçirmək mümkün olmayıb. Qrup hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Məlumata görə, İŞİD bütün Avropa üzrə “ölüm dalğası” üçün 400 döyüşçü hazırlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm