On ölkənin komandosu Rusiya sərhədində - MÜHARIBƏ TƏLİMİ
Bizi izləyin

Dünya

On ölkənin komandosu Rusiya sərhədində - MÜHARIBƏ TƏLİMİ

NATO Estoniyada altı min hərbi qulluqçunun iştirakı ilə təlimlərə başlayır.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Estoniyanın Müdafiə Nazirliyinin Baş qərargahından bildirilib.

Təlimlər üç həftə davam edəcək. Təlimlərə Estoniya, Latviya, Litva, Niderland, ABŞ, Böyük Britaniya, Almaniya, Polşa, Finlandiya və Kanadadan olan komandoslar cəlb ediləcək.

Motoatıcılıq briqadaları, piyada batalyonu və operativ reaksiya güclərindən başqa, Polşanın Su-22 hərbi təyyarələri, F-15 Amerika qırıcıları, CH-47 Chinook nəqliyyat vertolyotları, həmçinin Britaniya qırıcıları təlimlərə qatılacaq. Təlimlər Rusiya ilə sərhəd Pılvamaa, Tarqumaa və Vırumaa rayonlarında keçiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm