Avropa liderindən Ankaraya şok xəbər: iyunun 2-də...
Bizi izləyin

Dünya

Avropa liderindən Ankaraya şok xəbər: iyunun 2-də...

Almaniya parlamenti “erməni soyqırımı”nı tanıyacaq.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Almaniya Sosial Demokrat Partiyasının parlament fraksiyasının rəhbəri Tomas Opperman parlamentin 1915-ci hadisələrini “erməni soyqırımı” olaraq tanıyacağını deyib.

O, müvafiq qanun layihəsinin iyun 2-də səsverməyə çıxarılacağını bildirib. Millət vəkili qeyd edib ki, Türkiyədən gələ biləcək reaksiyalar qanun layihəsinin qəbuluna mane olmamalıdır.

Qeyd edək ki, Almaniya prezidenti Yoahim Qauk və parlament sədri Norbert Lammert Osmanlı imperiyasında 1915-ci ildə baş verən hadisələrin 100-cü ildönümündə “soyqırım” ifadəsini işlətsə də, parlament indiyə qədər “erməni soyqırımı” qanununu qəbul etməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm