Dünya
İŞİD imamları Türkiyəni hədələdi: “Ən böyük hədəflərimiz...”
Türkiyənin Kilis vilayətinə raket zərbələrini artıran İŞİD terror qruplaşması silsilə hücumlara hazırlaşmağa başlayıb.
Publika.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, raket zərbələri ilə əhali arasında qorxu yaratmağa çalışan İŞİD ötən həftənin cümə günü məscidlərdə verdiyi xütbələrdə Türkiyəni açıq şəkildə hədəf alıb.
Təhlükəsizlik qurumlarının verdiyi məlumata görə, “hicrət” adı altında Suriyada İŞİD-in nəzarəti altında olan bölgələrə gedən çoxlu sayda Türkiyə vətəndaşı var. İŞİD-in təlim düşərgələrində bomba mütəxəssisi, təxribatçı və kamikadze olaraq yetişdirilən bu şəxslərin Türkiyəyə göndərildiyi və terror hücumları üçün təlimatı gözlədikləri təxmin edilir. Əldə olunan kəşfiyyat məlumatları sayəsində bəzi terror hücumlarının qarşısının alındığı bildirilir.
Məlumata görə, ötən həftənin cümə namazında İŞİD-in imamları oxuduqları xütbələrdə Türkiyənin Qaziantep, Karkamış və Kilis bölgələrinin bundan sonra terror qruplaşmasının ən böyük hədəfləri arasında olduğunu deyiblər.
Ömər Dağlı
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı