Prezident yaralı əsgərə telefon hədiyə etdi - FOTO
Bizi izləyin

Dünya

Prezident yaralı əsgərə telefon hədiyə etdi - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-ya qarşı keçirilən hərbi əməliyyatlar zamanı terrorçuların açdığı atəş nəticəsində qulağından güllə yarası alan Mardinin Nusaybin bölgəsinin sakini çavuş Mustafa Bozoka mobil telefon hədiyə edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Mustafa Bozok Nusaybində PKK terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı qulağından güllə yarası alaraq, Diyarbəkir hərbi xəstəxanasına yerləşdirilib.

Mustafa Bozokun həyatını həmin an qulağına qoyaraq danışdığı mobil telefon xilas edib. Güllə zərbəsindən telefon işlənilməz vəziyyətə düşüb. Bundan xəbər tutan Prezident Rəcəb Tayyib Ərdoğan Mustafa Bozoka yeni mobil telefon bağışlayıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm