Xamneyidən daha bir QADAĞA
Bizi izləyin

Dünya

Xamneyidən daha bir QADAĞA

İranın dini lideri Ayətullah Əli Xamneyi ingilis dilində təhsilin təşviqinə qarşı çıxıb.

Publika.az xəbər verir ki, bu barədə İranın rəsmi agentliyi İRNA məlumat yayıb. Dini liderin sözlərinə görə, ölkədə ingilis dilində təhsilin təşviq edilməsi gənclər arasında xarici mədəniyyətin yayılmasına gətirib çıxarır.

Müəllimlər həftəsi münasibətilə ölkədəki müəllim və pedaqoqları paytaxt Tehrandakı iqamətgahında qəbul edən Xamneyi bəzi yerlərdə fars dilinin əvəzinə ingilis dilinin təşviq edilməsindən təəssüfünü ifadə edib. Dini lider bildirib ki, əsas məsələ heç də xarici dillərin öyrənilməsinə qarşı çıxmaq deyil: “Əsl məsələ xarici mədəniyyətin ölkədəki uşaq və gənclər arasında yayılmasıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm