Universitetlərdə silah gəzdirməyə icazə veriləcək
Bizi izləyin

Dünya

Universitetlərdə silah gəzdirməyə icazə veriləcək

ABŞ-ın Corciya ştatında universitet kampuslarında silah daşınmasına icazə verəcək qanun layihəsi hazırlanır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, qanun layihəsi qəbul olunarsa, bu ölkədə silahla ali məktəblərdə gəzməsinə icazə verən 9-cu ştat olacaq.

Qərar layihəsini həm tənqid edənlər, həm də dəstəkləyənlər var. Qanun layihəsinə dəstək verənlər hücumlarda tələbələr və müəllimlərin özlərini müdafiə etməsinə imkan verilməsini tələb edir.

2012-ci ildən bəri məktəblərdə baş verən atışmalarda yüzlərlə adam ölüb.

2007-ci ildə “Virginia Tech Kollec”ində tələbələrdən biri avtomatik silahla 32 nəfəri öldürdükdən sonra intihar etmişdi. 2012-ci ildə “Newtown Connecticut Sandy Hook” ibtidai təhsil məktəbində atəş açan Adam Lanza 6-7 yaşlarındakı 20 məktəblini öldürmüş, daha sonra intihar etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm