• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

İspaniyada Putinin yaxın ətrafına həbs qərarı – “Mafiya işi”ndə İNANILMAZ FAKTLAR

  • Dünya
  • 3 May 2016 16:08
  • 1 035 Baxış
İspaniyada Putinin yaxın ətrafına həbs qərarı – “Mafiya işi”ndə İNANILMAZ FAKTLAR

İspaniya Milli Kollegiyası Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafından olan bir neçə rusiyalının həbsinə icazə verib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda İspaniyanın “El Mundo” nəşri bildirib.

Həbsinə icazə verilənlərin arasında Rusiyanın narkotiklərin dövriyyəsinə dövlət nəzarət xidmətinin rəhbəri Nikolay Aulov, “Vahid Rusiya” Partiyasından Dövlət Dumasının deputatı Vladislav Reznik də var. Sonuncu daha əvvəl beynəlxalq axtarışa verilib.

Krallığın hüquq-mühafizə orqanlarının versiyasına görə, “kriminal avtoritet” Genadi Petrovun başçılıq etdiyi cinayətkar cəmiyyətin fəaliyyətinə dair işi aparan ispan hakimi Xose De la Mata Amayya Nikolay Aulovun bu qruplaşmanın fəaliyyətinə aidiyyəti olduğunu hesab edir.

“Rus mafiyasının işi” İspaniyada 2008-ci ildən araşdırılır. 2008-ci ildə bu ölkədə xüsusi əməliyyatla həbs edilən, “Tambov qruplaşması”nın liderləri kimi tanınan Gennadi Petrov və Aleksandr Malışev Rusiya dövlətinə güclü təsir imkanları olan mafiya qurublar. Bu, dünyanın ən iri mafiya ittifaqı hesab edilir. Bu iki şəxsdən başqa daha 20 nəfər həbs olunub. Uzunmüddətli araşdırmanın gedişatında müəyyən edilib ki, mafiya şəbəkəsi Rusiya hakimiyyətin geniş sferalarına girişə malik olub.

İspaniya prokurorluğunun daha əvvəl açıqladığı hesabatda Petrov və Malışev uzun illər ərzində bütün dünya kriminal aləmini lərzəyə salan “qan qardaşları” adlandırılıb. Hesabata əsasən Gennadi Petrov İspaniyanı tərk etmədən faktiki olaraq Rusiyanı idarə edib. 500 səhifəlik “Petrovun işi” dosyesində onun bütün səviyyələrdə Rusiyanın nüfuzlu siyasətçiləri və oliqarxları ilə əlaqələrindən bəhs edilir. Uzun illər boyu dinlənilən telefon danışıqlarına və digər dəlillərə əsaslanan cinayət işində göstərilir ki, Rusiya nazirləri və prokurorları, hakimləri və qubernatorları, iri konsernlərin rəhbərləri, güc strukturlarının generalları, oliqarxlar və bankirlər Petrova müraciətdə çox nəzakətli və hörmətli davranıblar, onu “lider”, “öndər” adlandırıblar.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>