İŞİD, Əsəd, Rusiya... – GİZLİ RAZILAŞMA
Bizi izləyin

Dünya

İŞİD, Əsəd, Rusiya... – GİZLİ RAZILAŞMA

Bəşər Əsəd və İŞİD terror qruplaşması arasındakı gizli razılaşmalar sənədlərlə növbəti dəfə ortaya qoyulub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərənin “Sky News” telekanalı dünən yayımladığı bir proqramda İŞİD və Əsəd arasında gizli razılaşmanın olduğuna dair sənədləri açıqlayıb.

Sənədlərə görə, Suriya ordusu Palmira əməliyyatları zamanı İŞİD-in yüksək vəzifəli liderləri və hərbi texnikasının etibarlı şəkildə Rakka şəhərinə yerdəyişməsinə imkan yaradıb. Sözügedən razılaşmalardan Əsədin ən böyük müttəfiqi Rusiyanın da xəbərdar olduğu bildirilir.

Kanal gizli razılaşmanın Suriya ordusunun mart ayının sonunda Palmiranı ələ keçirməsindən əvvəl əldə olunmasına diqqət çəkib.

“Sky News” müxbiri Stuart Ramsey sənədləri bir İŞİD üzvündən götürüb. Həmin terrorçu Əsəd, İŞİD və Rusiya arasında koordinasiyanın olduğunu deyib. Sənədlərdə Əsəd rejiminin 2012-ci ildən bəri Suriya torpaqlarının yarısını ələ keçirən radikal qruplaşmalarla əməkdaşlıq etdiyi əksini tapıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm