İŞİD bu ölkədə hücuma keçdi
Bizi izləyin

Dünya

İŞİD bu ölkədə hücuma keçdi

İŞİD terror qruplaşması İraqın Mosul şəhərinin yaxınlığında yerləşən Hazır, Başik, Naveran və Tılskof cəbhələrində peşmərgə güclərinə qarşı hücuma başlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda Başik cəbhəsinin peşmərgə komandiri Behrem Yusuf deyib.

“İŞİD səhər erkən saatlarında dörd tərəfdən peşmərgə cəbhələrinə hücum etməyə başlayıb. Peşmərgənin indiyə kimi hər hansı itkisi yoxdur. Qarşıdurmalar davam etdiyi üçün İŞİD-in itkiləri haqqında məlumat yoxdur”, - o, deyib.

Behrem Yusuf peşmərgə güclərinin yerləşdiyi bəzi cəbhələrin İŞİD-in əlindəki Mosul şəhərinin mərkəzindən təxminən 15 kilometr məsafədə olduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm