Lavrov Türkiyədən tələb etdi: “Sərhəd bağlansın” - VİDEO
Bizi izləyin

Dünya

Lavrov Türkiyədən tələb etdi: “Sərhəd bağlansın” - VİDEO

“Türkiyənin Suriya ilə sərhədinin bağlanması getdikcə daha vacib xarakter alır”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu BMT-nin Suriya üzrə yeni xüsusi nümayəndəsi Staffan de Mistura ilə görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Rusiya xarici siyasət idarəsinin başçısı Türkiyə-Suriya sərhədinin hələ də silah və döyüşçülərin çatdırılmasında dəhliz olduğunu bildirib.

Qeyd edək ki, Suriya-Türkiyə sərhədinin bağlanması məsələsi Moskva tərəfindən dəfələrlə gündəmə gətirilib. Bildirilir ki, sərhədin bağlanması Suriyada terrorizm probleminin həllini tezləşdirəcək.

Rusiyanın bu tələbini Suriya da dəstəkləyir. Suriya lideri Bəşər Əsədin iddiasına görə, İŞİD-ə bütün kömək Səudiyyə Ərəbistanı və Qətərin iştirakı ilə Türkiyə üzərindən edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm