• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Rusiyalı haker 7 milyon dollar kompensasiya ödəyəcək

  • Dünya
  • 4 May 2016 04:40
  • 450 Baxış
Rusiyalı haker 7 milyon dollar kompensasiya ödəyəcək

“Qozi” kompüter virusunu hazırlamaqda və yaymaqda ittiham olunaraq ABŞ-da həbs edilən rusiyalı Nikita Kuzmin zərərçəkənlərə 6,9 milyon dollar ödəməli olacaq.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə qərar Nyu-Yorkun Manhetten rayonunun federal məhkəməsi tərəfindən verilib.

İstintaqın məlumatına görə, “Qozi” virusu dünyada bir milyondan çox kompüterə zərər verib. Kuzminin başqa kiber cinayətkarlara virusu sataraq və ya kirayə verərək ən azı 25 milyon dollar qazandığı bildirilir.

Bundan başqa, 28 yaşlı Kuzmin 37 aylıq həbs cəzasına məhkum edilib. Amma o, nəzarətdə olduğu müddətdə bu cəzanı çəkib. Məhkəmənin qərarına görə, rusiyalı artıq verilən cəzanı çəkib və o, azad edilə bilər.

Nikita Kuzmin 2010-cu ilin noyabrında Kaliforniyaya səfər zamanı həbs edilib. O, 2013-cü ildə öz günahını etiraf edib.

Amerika hakimiyyəti iddia edir ki, hazırlanmış kompüter virusunun köməyi ilə müttəhimlər bütün dünyada bank informasiyasına qanunsuz giriş əldə edərək fiziki və hüquqi şəxslərin hesablarından pul oğurlayıblar. İstintaqın məlumatına görə, müttəhimlərin hərəkətlərindən zərər ən azı 50 milyon dollar təşkil edib.

Virusdan ABŞ ərazisində 40 mindən çox kompüter zərər çəkib. Amerika Milli Kosmik Agentliyinin (NASA) isə təxminən 160 kompüteri virusa yoluxub. Virusdan həmçinin Almaniya, Böyük Britaniya, Polşa, Fransa, Finlandiya, İtaliya, Türkiyə və başqa ölkələrdə olan kompüterlər də zədələnib.

Rusiyada yaşayan Nikita Kuzmin 2005-ci ildə sözügedən kompüter virusunun yaradılması üzərində işə başlayıb və bir neçə ay sonra istəyinə nail olub.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>