Halqa daralır – Təyyarəni vuran “Buk”un nömrəsi açıqlandı
Bizi izləyin

Dünya

Halqa daralır – Təyyarəni vuran “Buk”un nömrəsi açıqlandı

2014-cü ildə Malayziyanın “Boeing-777” sərnişin təyyarəsini Şərqi Ukraynanın hava məkanında vuran “Buk”zenit-raket kompleksi Rusiya Silahlı qüvvələrinin hava hücumundan müdafiə qoşunlarının 53-cü briqadasına aid idi.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda “Bellingcat” qrupunun ekspertu Arik Toler bildirib.

Onun sözlərinə görə, mütəxəssislər araşdırmanın gedişatında “Buk” zenit-raket kompleksinin nömrəsini aydınlaşdırmağı bacarıblar.

“Bu axşam “Buk” zenit-raket kompleksi üzrə yeni hesabat olacaq. Sərnişin təyyarəsini vuran zenit-raket kompleksinin dəqiq nömrəsi naməlum idi. Daha doğrusu ortadakı rəqəm görünmürdü, çünki onlar onu rəngləmişdilər. Biz həmin rəqəmi müəyyən etdik, bu üçdür. “Buk”un nömrəsi 332-dir”, - ekspert deyib.

Xatırladaq ki, Niderland Təhlükəsizlik Şurası da ötən ilin oktyabrında açıqladığı hesabatında sərnişin təyyarəsinin Rusiyanın “Buk” raketi ilə vurulduğunu açıqlayıb. Qurumun sədri Çibbe Yaustra bildirib ki, bu, Niderland Təhlükəsizlik Şurasının apardığı istintaqın rəsmi nəticəsidir.

Qeyd edək ki, Malayziya təyyarəsi 17 iyul tarixində Ukraynanın şərqində vurulub. Amsterdamdan Kuala-Lumpura uçan təyyarədəki 300 sərnişinin hamısı həlak olub. Onların əksəriyyəti Hollandiya vətəndaşı idi.

ABŞ da təyyarənin rusmeyilli separatçılar tərəfindən vurulması versiyası müdafiə edir. Rəsmi Kiyev də təyyarənın Rusiyanın separatçılara verdiyi “Buk” zenit-raket sistemi ilə vurulduğunu bildirib.

Moskva isə bu iddiaları rədd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm