Moskvaya xəbərdarlıq: “Rusiya qırıcıları vurulacaq!”
Bizi izləyin

Dünya

Moskvaya xəbərdarlıq: “Rusiya qırıcıları vurulacaq!”

Rusiya təyyarələrinin ABŞ-ın hərbi obyektlərinə yaxınlaşması “səhv” riskini artırır.

Publika.az xəbər verir ki, bunu ABŞ hərbi dəniz əməliyyatlarının komandanı admiral Con Riçardson “Azadlıq” radiosuna açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya hərbi təyyarələrinin Baltik dənizində ABŞ-ın hərbi obyektlərinə təhlükəli yaxınlaşması taktiki hesablamalarda səhv riskini artırır. Amerika admiral Rusiya qırıcılarının “səhvən” vurula biləcəyini bildirib.

“Ümid edirəm ki, biz Rusiya qırıcılarının hərəkətlərini dayandıra biləcəyik. Bu, regionda ümumi gərginliyi artırır. Düşünürəm ki, onlar siqnalı göndərmək istəyirlər”, - admiral qeyd edib.

Qeyd edək ki, aprelin 29-da Rusiyanın Su-27 təyyarəsi Baltik dənizində Amerika təyyarəsinin 30 metrliyindən uçub. Aprelin 13-də isə Rusiya qırıcıları Baltik dənizində olan “Donald Cook” Amerika esminesinin uzərindən uçuşlar həyata keçiriblər.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hadisələri “təhlükəli və qeyri-peşəkar” adlandırıb. Moskvadan isə bildiriblər ki, ABŞ-ın özü təyyarələri və gəmiləri Rusiyanın sərhədlərinə yönəldərək Rusiya hərbçilərini təhrik edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm