İŞİD 13 ukraynalı həkimi azad etdi
Bizi izləyin

Dünya

İŞİD 13 ukraynalı həkimi azad etdi

İŞİD terror qruplaşmasının girovluğunda olan 13 ukraynalı həkim azad edilib.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda “Twitter” hesabında Ukraynanın xarici işlər naziri Pavel Klimkin bildirib.

“Yaxşı xəbər: İŞİD-in Liviyada saxladığı 13 ukraynalı həkim azad edilərək Ben Cavad şəhərinə gətirilib”, - Ukraynanın Xarici İşlər Nazirliyinin başçısı yazıb.

Klimkin həkimlərlə daim əlaqənin saxlanıldığını qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm