ABŞ dərmanla edam tətbiqinə başladı
Bizi izləyin

Dünya

ABŞ dərmanla edam tətbiqinə başladı

Dərman içən məhkum 25 dəqiqə can verib

ABŞ-ın Ohio ştatında 25 il əvvəl hamilə bir qadına təcavüz edib öldürən məhkum indiyə kimi heç vaxt istifadə edilməmiş dərman qarışığından istifadə edilərək edam edilib.

ABŞ-lı rəsmilər 53 yaşlı Dennis McGuirenin təxminən 25 dəqiqə can verdikdən sonra öldüyünü bildirib.

McGuirenin vəkili Allen Bohnert sedatif midazolam və ağrı kəsici hidromorfon verilən müvəkkilinin infazını “Uğursuz idi, son dərəcə ağrılı təcrübə idi” kimi qiymətləndirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm