Davudoğludan xəbərdarlıq: “Türkiyə ordusu basıb keçər!” – VİDEO
Bizi izləyin

Dünya

Davudoğludan xəbərdarlıq: “Türkiyə ordusu basıb keçər!” – VİDEO

“Türkiyə beynəlxalq razılaşmalara üstünlük verir. Amma lazım olarsa, Türkiyə təkbaşına Suriyaya quru qüvvələri göndərə bilər”

Publika.az xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu “Əl-Cəzirə” kanalının suallarını cavablandırarkən deyib.

“İŞİD terror qruplaşması ilə mübarizə mövzusunda BMT tərəfindən qəbul olunan çoxlu sayda qərar var. Bu baxımdan istər İŞİD-dən müdafiə, istərsə də digər terror qruplaşmaları ilə mübarizə məsələsində sözügedən qərarlar bizə quru güclərindən istifadəyə haqq verir. Quru gücləri lazım olarsa, göndərərik. Özümüzü müdafiə etmək üçün istər Türkiyə daxilində, istərsə də ölkə xaricində hər cür tədbiri görməyə hazırıq”, - baş nazir bildirib.

Ankaranın Suriyada Bəşər Əsəd rejimini əsla qəbul etməyəcəyini söyləyən Davudoğlu qeyd edib ki, xalqını öldürməyə davam edən bir hökumətin legitimliyindən danışmaq mümkün deyil.

Türkiyənin baş naziri Bəşər Əsədə Suriyanı suriyalılara buraxıb getməyi tövsiyə edib: “Əsəd üçün öz aqibəti Suriya xalqının gələcəyindən daha əhəmiyyətlidir. Buna görə də diktatorları həmişə pis sonluq gözləyir. Hazırda həyata keçirilən siyasi bir proses var. Yerini xalq tərəfindən seçilmiş başqa birinə vermək üçün yaxşı bir fürsətdir. Çünki Əsəd 300 min suriyalını öldürdükdən sonra Suriyanı idarə etməyə davam edə bilməz”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm