ABŞ Moskvanı dayandırmaq üçün hərəkətə keçdi
Bizi izləyin

Dünya

ABŞ Moskvanı dayandırmaq üçün hərəkətə keçdi

Amerika yaxın vaxtlarda Avropada hərbi kontingenti artırmağı planlaşdırılır.

Publika.az xəbər verir ki, bunu ABŞ silahlı qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Cozef Danford “Foreign Policy” nəşrinə deyib.

Onun sözlərinə görə, söhbət əlavə döyüş briqadalarının, həmçinin kosmik sistemlər, uzaq hərəkət radiuslu bombardmançılar, raket əleyhinə müdafiə sistemləri və digər vasitələrdən gedir. General qeyd edib ki, bu ölçülər müttəfiqlərin təhlükəsizliyini gücləndirməyə və Moskvanı dayandırmağa imkan verəcək.

Bu ilin fevralında “Reuters” agentliyi bildirib ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Rusiya, Çin və “İslam dövləti”nin (İŞİD) yaratdığı təhlükələri nəzərə alaraq 2017-ci ilin maliyyə ilində hərbi xərclərə 600 milyard dollar ayrılmasını xahiş edib.

Ağ Ev isə 523,9 milyard dollar ayırmağı planlaşdırır. Bu, 2016-cı ilin maliyyə ilində hərbi xərclərə ayrılan vəsaitdən 2,5 milyard dollar çoxdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm