Əsədin qərargahı havaya uçuruldu
Bizi izləyin

Dünya

Əsədin qərargahı havaya uçuruldu

Müxalifət gücləri Hələb şəhərinin qərbində Bəşər Əsəd güclərinin qərargah kimi istifadə etdiyi bir binanı havaya uçurublar.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə yerli mənbələr bildirib.

Müxalifət gücləri binanı tunel qazaraq yerləşdirdikləri partlayıcılarla dağıdıblar. Partlayış nəticəsində 30 rejim əsgəri ölüb. Müxalifət Hələbin Cəmiyyət əz-Zəhra səmtinin girişindəki strateji əhəmiyyətə malik 3 nöqtədə nəzarəti təmin edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm