Avropa üçün terror xəbərdarlığı
Bizi izləyin

Dünya

Avropa üçün terror xəbərdarlığı

Avropa Polis Təşkilatının (“Europol”) rəhbə ri Rob Uainurayt Avropada yeni hücumların ola biləcəyi barədə xəbərdarlıq edib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Rob Uainurayt bu haqda İtaliya parlamentinin alt qanadı olan Nümayəndələr Məclisində deputatların suallarını cavablandırarkən deyib.

“İŞİD-in Avropa şəhərlərində terror hücumları təşkil edəcək bir qurum yaratdığını bilirdik. Bu qurum Suriyada yaradılıb. Amma çox təəssüf ki Brüsseldə hücum həyata keçirildi”, - o, bildirib.

Paris terror hücumlarını həyata keçirən iki terrorçunun Avropaya miqrant olaraq gəldiyini deyən “Europol”un rəhbəri terrorçuların Avropadakı şəbəkələrinin müəyyən edilməsinin prioritet hədəf olduğunu qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm