Generaldan “Dirilən Rusiya”ya qarşı müharibə çağırışı
Bizi izləyin

Dünya

Generaldan “Dirilən Rusiya”ya qarşı müharibə çağırışı

NATO-nun Avropa komandanlığının yeni ali baş komandanı, Amerika generalı Kertis Skaparotti Qərbi “dirilən Rusiya”ya qarşı dayanmağa çağırıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat xidməti bildirib.

Skaparottinin fikrincə, NATO “dirilən və özünü dünya dövləti kimi proyeksiya etməyə çalışan Rusiya” ilə qarşı-qarşıyadır. O, ittifaq üçün başqa problemlər arasında terrorizm və miqrant problemlərinin adını çəkib.

Kertis Skaparotti bu postda Amerikanın digər generalı Filip Bridlavı əvəz edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm