Kapitan Obamanı məhkəməyə verdi - İŞİD-ə görə
Bizi izləyin

Dünya

Kapitan Obamanı məhkəməyə verdi - İŞİD-ə görə

Amerika ordusunun kapitanı “İslam dövləti” (İŞİD) terror qruplaşmasına qarşı hərbi kampaniya ilə əlaqədar prezident Barak Obama barəsində məhkəmə iddiası irəli sürüb.

Publika.az xəbər verir ki, bu haqda “The New York Times” nəşri bildirib.

Məhkəmə iddiası İŞİD terror qruplaşmasına qarşı aparılan hərbi kampaniyanın qanuniliyi ilə bağlıdır.

“Mən məhkəmədən prezidentə bildirməyi xahiş edirəm ki, hərbi səlahiyyətlər haqqında qətnaməyə əsasən, dövlət başçısı İraqda və Suriyada İŞİD-ə qarşı müharibəyə başlamaq üçün Konqresin razılığını almalıdır”, - ABŞ ordusunun 28 yaşlı kapitanı Maykl Smitin bəyanatında deyilir.

Nəşr qeyd edir ki, hazırda hərbi qulluqçu Küveytdə xidmət edir. Maykl Smitin sözlərinə görə, prezidentə qarşı qaldırdığı məhkəmə iddiasına baxmayaraq, o, Suriya və İraqda İŞİD-ə qarşı aparılan mübarizəni tamamilə dəstəkləyir.

Ağ Evdə hesab edirlər ki, 11 sentyabr 2001-ci il terror aktlarına cəlb olunan terror qruplaşmaları ilə mübarizə üzrə 15 il əvvəl Konqresdə qəbul olunan sənəd İraq və Suriyada əməliyyatların keçirilməsinə hüquqi əsas verir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm