Davudoğlu: "Bunu görə istefa verdim" (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Davudoğlu: "Bunu görə istefa verdim" (YENİLƏNİB)

İstefaya göndərilməsi məsələsi gündəmdə olan Türkiyə baş naziri Ahmet Davudoğlu lideri olduğu partiyanın - AKP-nin növbədənkənar qurultayının çağırılması, eləcə də özünün siyasi karyerasına dair suallara cavab vermək üçün bu gün telekanalların kamerası önündə çıxış edir.

Əhməd Davudoğlu bildirib ki, 25 illik tarixdə alim olaraq millətin xidmətində dayanmaq onun üçün böyük bir qürur olub. Baş nazir AKP sədri olduğu dövrdə partiya daxilində heç bir istefa və ya ayrılığın olmadığını deyib.

“Bu vəzifəni qurucu liderimiz Rəcəb Tayyib Ərdoğandan əmanət aldım. Xarizmatik bir liderin ardından vəzifəyə başladım. İyirmi aylıq dövrdə canla-başla çalışdım. Buna millət şahiddir. İndi gəldiyimiz bu nöqtədə gələcək perspektivimizi paylamaq ehtiyacını hiss edirəm”, - deyə Davudoğlu partiya sədrliyi dövründə fəaliyyətini qiymətləndirib.

Davudoğlu partiya sədrliyindən ayrılmasının səbəbini bu şəkildə izah edib: “İlk imzanı özüm atdım, amma mənə yol yoldaşı olan üsulu düzgün hesab etmədim. Bütün müzakirələrdən sonra yol yoldaşının dəyişməsinin əvəzinə, partiya sədrinin dəyişməsini seçdim. Bu şərtlər altında qarşıdakı qurultayda namizəd olmağı düşünmürəm. AKP-nin taleyi artıq AKP-nin taleyi deyil, Türkiyənin taleyidir”.

Publika.az bütün bunlarla bağlı canlı yayımı diqqətinizə çatdırır:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm