Dünya
Tramp bəyan etdi: “Mən artıq prezidentəm”
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə iddiaçı, milyarder Donald Trampın seçki qərargahı biznesmenin təbliğat kampaniyası üçün ən azı 1 milyard dollar toplamağı planlaşdırır.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu milyarderin özü NBC telekanalına müsahibəsində deyib.
“Biz bir milyard dollar və ya daha çox toplamağa çalışacağıq”, - respublikaçı bildirib.
Onun sözlərinə görə, bu vəsait prezident kreslosu uğrunda mübarizədə demokrat namizəd üzərində qələbə qazanmaq üçün lazımdır. Demokratlar Partiyasının daxilində keçirilən ilkin seçkilərin hazırkı nəticələrinə görə, respublikaçılarda rəqibsiz qalan Trampla prezident postu uğrunda mübarizəni ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton aparacaq.
Tramp qeyd edib ki, onun məlumatlarına görə, demokratlar öz namizədinin seçkiqabağı kampaniyasına ən azı 2 milyard dollar cəlb edə bilərlər.
Klintonla potensial qarşıdurması haqqında danışan milyarder əminliyini ifadə edib ki, prezident seçkisinin final turunda sabiq dövlət katibinə qalib gəlmək çox asan olacaq: “Mən Respublikaçılar Partiyasında 16 siyasətçi üzərində qələbə qazandım. Onların arasında senatorlar, qubernatorlar və son dərəcə yüksək vəzifəli insanlar var idi. Buna görə də hesab edirəm ki, Klinton üzərində qələbə qazanmaq daha asan olacaq. Mən artıq prezident olduğumu söyləyə bilərəm”.
Tramp seçicilərinə ABŞ-ın gücünü bərpa etməyə, Rusiya ilə münasibətləri qaydaya salmağa və İŞİD-ə qalib gəlməyə söz verib.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2016-cı ilin noyabrında keçiriləcək.
Ömər Dağlı
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR