Spiker mandatından məhrum edildi
Bizi izləyin

Dünya

Spiker mandatından məhrum edildi

Braziliya Ali Məhkəməsi ölkə parlamentinin aşağı palatasının spikeri Eduardo Kunyunu Deputatlar Palatasının idarəsindən məhrum edib və onun mandatını dayandırıb.

Publika.az "Report"-a istinadən xəbər verir ki, məhkəmə E.Kunyunu Braziliya Baş Prokurorluğunun müraciəti əsasında vəzifəsində sui-istifadə etməklə barəsində aparılan federal istintaqa mane törətmək ittihamı ilə cəzalandırıb.

Spiker Braziliya Dövlət Neft Şirkəti olan "Petrobras"ın müqavilələr üçün 5 milyon dollar məbləğində rüşvət almaqda şübhəli bilinir. E.Kunyunun özü ona qarşı olan bütün iddiaları rədd edir.

Qeyd edək ki, Braziliya Ali Məhkəməsi E.Kunyuya qarşı işə bu ilin martından baxmağa başlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm