“Bloomberg”: “Qazprom” Rusiyanı batıracaq”
Bizi izləyin

Dünya

“Bloomberg”: “Qazprom” Rusiyanı batıracaq”

Fars körfəzi ölkələri və Rusiya da daxil olmaqla inkişaf edən ölkələrin dövlət şirkətlərinin borcları hökumətləri “batıra” bilər.

Publika.az xəbər verir ki, bu haqda “Standard & Poor`s” beynəlxalq reytinq agentliyinin analitik məruzəsinə istinadən “Bloomberg” agentliyi bildirib.

S&P qeyd edir ki, 2020-ci ilə qədər inkişaf edən ölkələrin dövlət şirkətləri istiqraz vərəqələri üzrə təxminən 180 milyard ödəməlidir. Bundan başqa, agentlik qiymətləndirir ki, 2026-cı ilə qədər inkişaf edən ölkələrin dövlət şirkətlərinin ümumi borcu 435 milyard dollar olacaq.

Agentliyin məlumatına görə, Rusiyanın “Qazprom” və Venesuelanın “Petroleos de Venezuela” şirkətləri də daxil olmaqla, beş dövlət şirkətinin borcu bütün dövlət şirkətlərinin ümumi borcunun 25 faizindən çoxdur.

Qeyd edək ki, daha əvvəl Rusiya Maliyyə Nazirliyi dövlət borclarının ödənilməsinə Ehtiyat Fondundan istifadə olunmasına qarşı çıxış edib. Fondun ehtiyatlarının 2017-ci ildə tükənə biləcəyi deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm