Davudoğlunun göndərilməsində Rusiya İZİ
Bizi izləyin

Dünya

Davudoğlunun göndərilməsində Rusiya İZİ

“Ənənələri və dərin dövlət olan Türkiyədə baş nazirin vəzifədən getməsinə dair qərarlar hisslərlə deyil, dövlətin və millətin strateji maraqları əsas götürülərək, hərtərəfli təhlil olunaraq qəbul edilir”.

Publika.az xəbər verir ki, bu fikirləri Modern.az saytına professor, millət vəkili Musa Qasımlı Əhməd Davudoğlunun Türkiyənin baş naziri postundan getməsinə münasibət bildirərkən dilə gətirib.

Musa Qasımlının sözlərinə görə, bəzi hallarda vəzifədən getmənin gerçək motivləri mətbuata deyilmir: “Əhməd Davudoğlunun baş nazir və AKP sədri vəzifələrindən getməsinin başlıca səbəbi Prezident Rəcəb Tayyib Ərdoğanla aralarındakı fikir ayrılıqları ilə bağlı deyil. Onun dərin mənası və məqsədləri var. Bu addım bir sıra dəyişikliklərə gətirəcək. Yeni baş nazir kim olursa-olsun, bundan sonra daxili və xarici siyasətdə indiyədək yol verilmiş bəzi duyğusal bəyanatlar arxada qalacaq, ən başlıcası isə, ilk növbədə Rusiya ilə münasibətlərdə normallaşma üçün ciddi addımlar atılacaq. Məncə, bu məsələdə uğur da qazanılacaq. Dəyişiklik Türkiyənin beynəlxalq mövqelərini və hakim AKP-ni daha da gücləndirəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm