Ohanyandan ETİRAF: “Rusiya Ermənistana imkan vermir ki...”
Bizi izləyin

Dünya

Ohanyandan ETİRAF: “Rusiya Ermənistana imkan vermir ki...”

Rusiya Ermənistanın başqa ölkələrdən silah almasına icazə vermir.

Publika.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti yazıb.

Qəzet bildirir ki, bu yaxınlarda Ermənistanın müdafiə naziri Seyran Ohanyanın deputatlarla qapalı görüşü zamanı ona niyə təkcə Rusiyadan silah alınması ilə bağlı sual ünvanlanıb.

S.Ohanyan isə dolayı şəkildə nəzərə çatdırıb ki, Rusiya Ermənistanın başqa ölkələrdən silah almasına icazə vermir. O həmçinin qeyd edib ki, indiyə kimi Ermənistan silahı Rusiyadan alıb və belə davam etmək fikrindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm