Rusiyalı ekspert: “Qarabağda müharibə Kreml üçün...”
Bizi izləyin

Dünya

Rusiyalı ekspert: “Qarabağda müharibə Kreml üçün...”

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında bizim müttəfiqimizdir. Əgər Qarabağda müharibə olacaqsa, Rusiya buna qarışmağa məcbur olacaq”.

Publika.az
xəbər verir ki, bu barədə rusiyalı politoloq İrina Alksnis deyib.

Onun sözlərinə görə, Rusiya bu müharibəyə girməyin nə ilə nəticələnə biləcəyini anlayır: “Əgər Rusiya Qarabağda müharibəyə qoşularsa, o zaman ona qarşı BMT sanksiyaları işə düşəcək. Bu baxımdan, Moskva münaqişənin danışıqlar yolu ilə həllini istəyir”.

Politoloq bildirib ki, Dağlıq Qarabağın müstəqilliyinin tanınması müharibə alovunun yandırılması deməkdir.

“Rusiya məhz buna görə İrəvanın bu addımına qarşıdır. Əslində Abxaziyanı, Cənubi Osetiyanı tanıması, Krımın alınması Rusiya üçün bu məsələdə mənfi presedent yaratdı. Ermənilər bu presedentləri irəli sürərək, rusların qarşısına arqument qoya bilərlər. Lakin inanmıram ki, İrəvan buna gedəcək”, - deyə ekspert vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm