Ukraynalı nazir Rusiyaya qaçarkən saxlanıldı
Bizi izləyin

Dünya

Ukraynalı nazir Rusiyaya qaçarkən saxlanıldı

Ukraynanın keçmiş energetika və kömür sənayesi naziri Eduard Staviski İsraildən Rusiyaya uçmaq istəyərkən saxlanılıb.

Publika.az xəbər verir ki, bu haqda şəxsi mənbələrə istinadən UNİAN agentliyi bildirib.

Əməliyyat İsrailin “Şabak” təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən aeroportda həyata keçirilib. Bundan sonra Staviskinin evində axtarışlar aparılıb. Ondan iki xarici pasport, 400 min ABŞ dolları, 200 min avro, dəyəri 500 min ABŞ dolları olan saat və qiymətli əşyalar götürülüb.

Xatırladaq ki, daha əvvəl Eduard Stavitskinin Kiyevdəki mənzilləri və ofislərində keçirilmiş axtarış zamanı 50 kiloqram qızıl və 4 milyon dollar aşkarlanaraq götürülüb.

Qeyd edək ki, keçmiş nazir barəsində Ukraynada dövlət mülkiyyətinin talanması faktı üzrə cinayət işi qaldırılıb və o, beynəlxalq axtarışa verilib. İsrail xüsusi xidmət orqanları Ukraynanın hüquq-mühafizə orqanlarının keçmiş nazirlə bağlı topladığı materialları onun qanunsuz hərəkətlərin sübutu üçün kifayət hesab edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm