İŞİD “komissar”ı və “ideoloq”u arvadı ilə birlikdə öldürüldü
Bizi izləyin

Dünya

İŞİD “komissar”ı və “ideoloq”u arvadı ilə birlikdə öldürüldü

İŞİD terror qruplaşmasının Qərbdə törətdiyi terror hücumlarının təşkilatçılarından olan Əbu Saad əl-Sudani həyat yoldaşı ilə birlikdə aprel ayında Suriyada həyata keçirilən hava hücumunda öldürülüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Peter Kuk jurnalistlərə bildirib.

Əməliyyat aprelin 22-də həyata keçirilib. Peter Kuk Sudan əsilli İŞİD liderinin ABŞ, İngiltərə və Kanadada terror hücumlarının təşkilatçısı olduğunu deyib.

Pentaqon sözçüsü qeyd edib ki, Əbu İsa əl-Amriki kimi də tanınan sudanlı eyni zamanda təşkilata yeni döyüşçülərin cəlb edilməsində əhəmiyyətli fiqur olub. Kuk onun öldürülməsinin təşkilat üçün döyüşçülərin toplaması və xarici ölkələrdə terror hücumların həyata keçirilməsinə zərbə vuracağını söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm