“Bu, Moskvanın növbəti hiyləsidir” – Putinin taktikası nəticə verir
Bizi izləyin

Dünya

“Bu, Moskvanın növbəti hiyləsidir” – Putinin taktikası nəticə verir

“Rusiya prezidenti Vladimir Putin işğal edilmiş Donbasdakı barışıqdan Avropa Birliyini Rusiyaya qarşı iqtisadi sanksiyaları ləğv etməyə məcbur etmək üçün istifadə edir”.

Publika.az xəbər verir ki, bu haqda Amerika analitik-kəşfiyyat şirkəti “Stratfor”un hesabatında deyilir.

“Stratfor”un analitikləri hesab edir ki, Avropa Birliyinin 28 ölkəsinin hamısı iyulun sonunda Rusiyaya qarşı sanksiyaların uzadılmasına səs verməyəcəklər. Şirkətin hesabatında deyilir ki, sanksiyalar iyulun 31-də avtomatik olaraq qüvvədən düşəcək.

“Stratfor” həmçinin qeyd edir ki, Kreml son yarım ildə Avropa Birliyinin üzvləri arasında parçalanmaya nail olmaq üçün səylə işləyib.

Analitik şirkət hesab edir ki, Moskva Ukrayna böhranının nizama salınması üzrə əldə olunan Minsk razılaşmalarına tam əməl etməyəcək: “Donbasdan xarici qoşunların çıxarılması və buranın Ukraynanın nəzarəti altına qaytarılması ehtimal ki, ən yaxın bir neçə ay ərzində baş verməyəcək. Amma Moskvada hesab edirlər ki, terrorçular atəşkəs pozuntularının miqdarını əhəmiyyətli dərəcədə azaldıb. Rusiyanın fikrincə, bu bəzi Avropa liderlərini sanksiyalara yenidən baxmağa inandıracaq”.

“Stratfor” qeyd edir ki, Avropa Birliyinin bir sıra ölkələri, məsələn İtaliya və Macarıstan artıq Rusiya barəsində məhdudlaşdırıcı ölçülərin avtomatik uzadılmasına qarşı çıxış ediblər.

“Göründüyü kimi, Moskvada hesab edirlər ki, iki-üç ay ərzində hətta Minsk protokolunu tam icra etmədən atəşkəs rejiminə möhkəm riayət etməklə Avropa Birliyinin sanksiyalarla bağlı mövqeyini sındırmaq mümkün olacaq”, - hesabatda deyilir.

Beləliklə, analitik-kəşfiyyat şirkəti bildirir ki, Donbasda hökm sürən indiki barışıq Moskvanın növbəti hiyləsidir: “Ukrayna və Qərbin bu hiyləyə düşüb-düşməyəcəyi yaxın vaxtlarda aydın olacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm